Məmmədov Samir Mürşüd
Mülki vətəndaş
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Samir Mürşüd

Ata adı: Mürşüd

🐣
Doğum — Ağdam Əfətli kəndi
🕊️
Şəhadət — Ağdam Hacıməmmədli kəndi
📍
Dəfn Olunduğu Yer Ağdam Hacıməmmədli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki vətəndaş
Qoşun Növü Yoxdur
Xidmət Növü Yoxdur

Həyat Yolu və Şəhadət Tarixçəsi

Samir Mürşüd oğlu Məmmədov 1996-cı ildə Ağdam rayonunda anadan olub.

Ermənistan  silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 2020-ci il oktyabrın 1-də, saat 13 radələrində Ağdam rayonu, Hacıməmmədli kəndində yaşadıqları evə düşmüş top mərmisinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Mürşüd Rəşid oğlu və onun 1996-cı il təvəllüdlü oğlu Samir Məmmədov həlak olub, yaşadıqları evə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma),186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəsini sevən, böyük-kiçik yerini bilən, heç kəslə mübahisə etməyən, dostları arasında daim hörmət qazanan biri olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağdam rayonu,Hacıməmmədli kənd tam orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ana: Məmmədova Sevinc Nərman qızı Qardaş: Məmmədov Dərya Mürşüd oğlu Qardaş: Məmmədov Təbriz Mürşüd oğlu Həyat yoldaşı: Məmmədova Günel Ələstun qızı Qızı: Məmmədli Zəhra Samir qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər