Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Zahid
Səbuhi Məmmədov 2000-ci ilin oktyabr ayının 17-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub.
Səbuhi Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 8-də Talış-Suqovuşan istiqamətində düşmən üzərinə hücuma keçərkən həlak olmuşdur. Tərtər rayonunun kəngərli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Səbuhi Məmmədov ölümündən sonra, “Cəsur döyüşçü”, “Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Anasının dediyinə görə vətənpərvər, ailəcanlı, mehriban, şən bir gənc idi.
Ata: Məmmədov Zahid Mənsim oğlu Ana: Məmmədova Günay Rəhim qızı Bacı: Məmmədova Ləman Zahid qızı Qardaş: Məmmədov Rahil Zahid oğlu