Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Adıgözəl
Səxavət Məmmədov 24 may 1991-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1998-2009-cu illərdə Xəzər rayonu Şüvəlan qəsəbəsi İlqar Muradov adına 237 saylı məktəbdə təhsil almışdır. Ailəli idi, Dilək və Yusif adında 2 övladı yadigar qalıb.
1 iyul 2009-cu ildə İmişli rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboyda yerləşən tank taborunda atıcı vəzifəsində Azərbaycan Silahlı Qüvvələrinində xidmətə başlamışdır.
2014-cü ilin sonlarında öz istəyi ilə ön cəbhəyə Tərtər rayonunda N saylı hərbi hissədə tuşlayıcı vəzifəsində xidmətini davam etdirib. Burada fəaliyyət göstərərkən, Aprel döyüşlərində iştirak edərək şücaət göstərmişdir.
2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək öz xidməti yerinə dönmüşdür.
Azərbaycan Ordusunun əsgəri olan Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 29 sentyabr 2020-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. 19 noyabr 2020-ci ildə Ağdam rayonu Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Səxavət Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
29 sentyabrda tankı düşmən tərəfindən vurulan Səxavət üzündən və ayağından qəlpə yaraları alır. Buna baxmayaraq o yoldaşlarının sözünə məhəl qoymur, irəli can atırdı. Onlarla yaralı yoldaşını döyüş meydanınnan çıxardıb köməyinə çatır.
Ata: Məmmədov Adıgözəl Ana: Süleymanova Hicran Kərəm qızı Həyat yoldaşı: Məmmədova Gülnaz Tapdıq qızı Qızı: Məmmədli Dilək Səxavət qızı Oğlu: Məmmədli Yusif Səxavət oğlu