Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Arif
Taleh Məmmədov 1999-cu ilin yanvar ayının 1-də Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur.
Cəsur döyüçü Taleh Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq sentyabrın 30-da Tərtər-Ağdərə bölgəsində qəhrəmancasına şəhid olub. Tərtər rayonun Hüsənli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamılarına əsasən Taleh Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medallları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Taleh Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Atasının dediyinə görə vətənpərvər, dostlarına sadiq, gülərüz bir gənc idi.
Ata: Məmmədov Arif Məhəmməd oğlu Ana: Hüseynova Zəminə Şirvanlı qızı Qardaş: Məmmədli Xaliq Arif oğlu