Məmmədov Tərlan Müşviq
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Tərlan Müşviq

Ata adı: Müşviq

🐣
Doğum — Sumqayıt H.Z.Tağıyev qəsəbəsi
🕊️
Şəhadət — Füzuli Alxanlı kəndi
📍
Dəfn Olunduğu Yer Sumqayıt Saray Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Tərlan Məmmədov 31 avqust 1996-cı ildə Sumqayıt şəhərində anadan olub.
Tərlan Məmmədov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Gəncə şəhərində, sonra isə Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Tərlan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Məmmədov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Tərlan Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit təbiətli insan idi. Dost canlı idi. Dostlar ona çox hörmət edirdilər. Fizulidə bunların taborunu vururlar. Tərlan sağ qurtarır. Bir neçə gün sonra şəhid olur. Mərd oğul idi. Fransada yaşayan qohumuna yazdığı mesaj “Azərbaycan əsgəri hələ öz sözünü deməyib. Tərlan bunu 2015-ci ildə yazıb.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb H.Z.Tağıyev qəsəbəsi 19 saylı orta məktəb
İş Yeri Xırdalan şəhəri, Sirena Motors
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Müşviq Kamil oğlu Ana: Məmmədova Səadət Hüseynağa qızı Bacı: Məmmədova Bibixanım Müşviq qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər