Məmmədov Tural Arif
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Tural Arif

Ata adı: Arif

🐣
Doğum — Oğuz Sincan kəndi
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Oğuz Sincan kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Tural Məmmədov 1 may 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub. 2001-ci illərdə şəhid Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbinə daxil olmuşdur. 2012-ci ildə məktəbi bitirmişdir.Tural Məmmədov 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Əsgəri xidmətini başa vursa da Azərbaycan Ordusunda xidmətini davam etdirmişdir. Tural Məmmədov 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Tural Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir. Tural Məmmədov Suqovuşanın, Talış kəndinin azad olunması uğrundakı döyüşlərdə iki dəfə yaralanmış, həkimdən icazəsi olmasına baxmayaraq yenidən döyüşlərə qatılıb və oktyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Tural Məmmədov oktyabrın 29-da Oğuz rayonunun Sincan kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Tural 2013-cü ildən ordu sıralarına xidmətə başlamışdır 2015-ci il may ayının 2-dən Azərbaycan Respublikasının silahlı quvvələrində gizir rütbəsində tank komandiri kimi xidmətə başlamışdır. 2016-cı il aprel döyüşlərində iştirak etmişdir. II Qarabağ müharibəsi zamanı 27 sentyabrda ilk döyüşə qatılan və "Ohanyan səddi"ni ilk yarıb keçən tank komandiri olmuşdur. Talış, Suqovuşan, Ağdərə, Laçın uğrunda gedən döyüşlərdə iştirak edərək düşmənin 3 tankını, 2 BMP zirehli texnikasını, zabitlərlə dolu olan 1 ədəd niva markalı maşını məhv etmişdir. Döyüşlər zamanı 2 dəfə ağır yaralanmış buna baxmayaraq yaralı vəziyyətdə yenidən döyüşlərə qatılmışdır.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Oğuz rayonu, Sincan kəndi Əsabəli Abdulhüseynov adına Sincan kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Arif Hacıbala oğlu Ana: Məmmədova Aydəniz Nizam qız Bacı: Məmmədova Şəfəq Arif qızı Bacı: Məmmədova Afaq Arif qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər