Məmmədov Tural Süleyman
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Tural Süleyman

Ata adı: Süleyman

🐣
Doğum — Naxçıvan Şahbuz rayonu, Mahmudoba kəndi
🕊️
Şəhadət — Ağdam Gülablı
📍
Dəfn Olunduğu Yer Naxçıvan Mahmudoba kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdam ⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni
"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məmmədov Tural Süleyman oğlu 2000- ci ilin sentyabr ayının 21- də Şahbuz rayonunun Mahmudoba kəndində dünyaya gəlib. 

Afət Hacıyev adına Mahmudoba kənd orta məktəbində təhsil alıbdır. 

2014-ci ildə Heydər Əliyev adına hərbi liseyə daxil olmuş və 2017-ci ildə liseydən məzun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. 

2020-ci ildə kursant olmasına baxmayaraq  2-ci Qarabağ müharibəsində böyük şücaət göstərmiş və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. 

19 sentyabr 2023-cü il tarixdə qeyri-qanuni erməni birləşmələrinə qarşı keçirilən lokal xarakterli antiterror əməliyyatları zamanı Məmmədov Tural Ağdam rayonu Gülablı kəndi istiqamətində gedən döyüşlərdə sinəsindən aldığı  güllə yarası ilə şəhidlik zirvəsinə ucalmışdır. 2 gün sonra, məhz elə doğum günündə Şahbuz rayon Mahmudoba kənd qəbiristanlığında dəfn olunmuşdur

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məmmədov Tural, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Qubadlının azad olunmasına görə”,  “Vətən uğrunda” medalları və 3-cü dərəcəli  “Rəşadət" ordeni ilə təltif edilmişdir. 

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Afət Hacıyev adına Mahmudoba kənd orta məktəbi
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Məmmədova Gülxar Ata: Məmmədov Süleyman Qardaş: Məmmədov Abbas

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər