Məmmədov Ümid Bəkir
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Ümid Bəkir

Ata adı: Bəkir

🐣
Doğum — Zaqatala Bəhmədli kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan kəndi
📍
Dəfn Olunduğu Yer Zaqatala Bəhmədli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ümid Məmmədov 2001-ci il avqustun 11-də Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Ümid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ümid Məmmədov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Ümid Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsi uğrunda ” medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ümid Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ananın dediklərinə əsasən, yaxşı oğul, çox yaxşı övlad, yaxşı insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bəhmədli kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Bəkir Şaban oğlu Ana: Məmmədova Rahilə Mollaəli qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər