Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Fərman
Ümid Məmmədov 14 mart 1999-cu ildə Babək rayonunun Nehrəm qəsəbəsində anadan olmuşdur. 2005-2013-cü illərdə Babək rayon Nehrəm qəsəbə 3 saylı tam orta məktəbdə orta təhsil almış, 2013-2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdir. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil almışdır. 2018-ci ildə ali hərbi məktəbdə fərqləndiyinə görə II kursda təhsil alan kursant Ümid Məmmədov "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildi. Subay idi.
Ümid Məmmədov 2020-ci ildə ali hərbi məktəbi bitirmiş və "leytenant" rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi vəzifəsinə başlamışdır.
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutulmuşdur.[2] Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusu geri oturdurulmuşdur.[3] Tarixə Tovuz döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Ümid Məmmədov general-mayor Polad Həşimov ilə birlikdə vuruşmuş və qarşı tərəfin hücum cəhdinin qarşının alınmasında fərqlənmişdir. Döyüşlər başa çatdıqdan sonra Ümid Məmmədov Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir.
Azərbaycan Ordusunun leytenantı olan Ümid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ümid Məmmədov 5 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 18 oktyabr 2020-ci ildə doğulduğu Babək rayonunun Nehrəm qəsəbəsində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ümid Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ümid Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ümid Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ümid Məmmədov ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Məmmədov Fərman