Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Çingiz
Ürfan Məmmədov 1994-cü il iyunun 28-də Quba rayonunun Çartəpə kəndində anadan olmuşdur. Əmisi Mais Məmmədov Birinci Qarabağ müharibəsində şəhid olmuşdur. Urfan Məmmədov 2000-2009-cu illərdə Quba rayon Çartəpə kənd tam orta məktəbində, 2009-2011-ci illərdə Nəsib Dadaşov adına Quba rayon Aşağı Xuc tam orta məktəbində təhsil almışdır.
Urfan Məmmədov 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Cəlilabadda və Lənkəranda yerləşən "N" saylı hərbi hissələrdə yerinə yetirmişdir. Bu illər ərzində bir müddət xüsusi təyinatlı kurslarına da yazılmışdır. 2013-cü ildə hərbi xidmətini başa vuraraq mülki fəaliyyətinə davam etmişdir.
Urfan Məmmədov 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "gizir" rütbəsində, Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun giziri olan Ürfan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Urfan Məmmədov sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı Talış istiqamətində şəhid olub. Quba rayonnun Çartəpə kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ürfan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ürfan Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ürfan Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ürfan Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Çox vətənpərvər, vətəni və millətini sevən biri idi.
Ata: Məmmədov Çingiz Əzəməd oğlu Ana: Məmmədova Dilşad Çingiz qızı Bacı: Məmmədova Mayisə Çingiz qızı Qardaş: Məmmədov Sübhan Çingiz oğlu,