Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: İlqar
Vüqar Məmmədov 1994-cü ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olub. 2000-ci ildə Sumqayıt şəhəri 22 nömrəli tam orta məktəbə daxil olaraq, 2011-ci ildə oradan məzun olmuşdur. 2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsil almışdır.
2015-ci ildə Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunları sıralarında həqiqi hərbi xidmətə başlayan Vüqar Məmmədovun xidməti müddətində Azərbaycan-Ermənistan orduları arasında dördgünlük müharibə baş vermişdir.
Əsgər Məmmədov döyüşlərin ilk günlərindən etibarən həmin müharibədə iştirak etmişdir. Hərbi xidmətdə topçu vəzifəsində və manqa komandiri kimi xidmət etmişdir. 2017-ci ilin yay aylarından etibarən yaşadığı Sumqayıt şəhərində marketdə mühafizəçi və digər işlərdə işləmişdir.
2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan-Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladıqdan sonra könüllü olaraq Füzuli rayonu istiqamətindəki döyüşlərə yollanmışdır.
Vüqar Məmmədov 2020-ci ilin 9 oktyabr tarixində Füzuli şəhər mərkəzinin azad edilməsi uğrunda aparılan Füzuli əməliyyatının gedişatında, baş verən şiddətli döyüşlər zamanı düşmən snayperinin açdığı atəş nəticəsində şəhid olmuşdur.
Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Vüqar Məmmədov “Füzulinin azad olunması uğrunda” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vüqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Anası deyir ki, haqqında dastan yazmaq olar. Əlindəki son tikəsini bölən idi, yox sözünü deməyi bacarmırdı. Əgər BDU-un rektoru bir ildi yorulmadan,usanmadan Vüqarı ziyarət edirsə deməli şəhidimiz görün ki, necə tələbə olub. Mərd idi, qorxmaz idi, qürurlu idi Vüqar Məmmədov!
Ata: Məmmədov İlqar Yalçın oğlu Ana: Məmmədova Əsmər Nəbi qızı Bacı: Məmmədova Vəfa İlqar qızı Bacı: Məmmədova Könül İlqar qızı