Məmmədov Vüsal Avtandil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Vüsal Avtandil

Ata adı: Avtandil

🐣
Doğum — Bakı Binəqədi qəsəbəsi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Bakı Binəqədi qəsəbəsi, Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məmmədov Vüsal Aftandil oğlu 1997-ci il iyun ayının 2-si Bakı şəhərində anadan olub. Bineqedi.info saytına verilən məlumata görə, Vüsalın 2 yaşı olarkən atası Məmmədov Aftandil dünyasını dəyişib. Vüsal 2003-cü ildə Binəqədi kəndində yerləşən 179 saylı tam orta məktəbinin 1-ci sinifinə qəbul olub, daha sonra 8-ci sinifdən təhsilini Binəqədi qəsəbəsində yerləşən 182 saylı tam orta məktəbdə davam etdirib. 2014-cü ildə elə həmin məktəbin məzunu olmuş və Milli Aviasiya Akademiyasının “Hava hərəkətinin idarəolunması mühəndisliyi” ixtisasına qəbul olub. Lakin 2019-cu il aprelin 1-də təhsilini donduraraq həqiqi hərbi xidmətə yollanmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin birində xidmətə başlayıb.

2020-ci il oktyabrın 1-də xidmətdən tərxis olmalı idi. 27 sentyabr tarixində başlayan müharibə zamanı, qeyrətli vətən oğulları kimi Vüsal da müharibədə iştirak edib və igidliklə döyüşüb.
26 sentyabrda anasına sevinclə zəng edərək “Döyüşə gedirəm ana, halallığını ver. Vətən bizi gözləyir”, demişdi. Vüsal həm də aprel şəhidi – Emin Bağırovun yaxın dostu idi. Eminin şəhid olması ona ciddi təsir etmiş, bu hadisədən çox mütəəssir olmuşdu. Anasına və dostlarına həmişə deyirdi ki, dostum Eminin və bütün şəhidlərimizin qisasını alacağam. İlk olaraq Suqovuşan uğrunda gedən ağır döyüşlərdə iştirak edir. Döyüşdən sonra anasına zəng vuraraq demişdir: “Ana, Eminin qardaşına de Eminin qisasını aldım!”

Suqovuşan uğrunda gedən döyüşlərdə yaralansa da müalicə almaqdan imtina edir və yenidən döyüşlərə qayıdır. Suqovuşanı döyüş yoldaşları ilə birlikdə azad etdikdən sonra Ağdərə uğrunda gedən döyüşlərə qoşulur. Elə bu döyüşlərin birində – oktyabrın 12-də Füzuli döyüşləri zamanı ən uca Zirvəyə – Şəhidlik zirvəsinə ucalır.

Sonuncu dəfə anası ilə 6 oktyabr tarixində danışmışdı. O tarixdən sonra Vüsalla bir daha əlaqə qurmaq mümkün olmayıb. Onun nəşi, uzun müddət sonra noyabr ayının 28-də şəhidimizin nəşi döyüş meydanından götürülərək noyabrın 29-da Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vüsal Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Qorxmaz, cəsur, dostcanlı, yardımsevər insan idi. Sentyabrın 26 -da anası ilə telefon əlaqəsi zamanı “döyüşə gedirəm ana, halallıq ver, vətən bizi gözləyir “ sözlərini demişdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Binəqədi rayonu, 182 saylı tam orta məktəb
Ali Təhsil Milli Aviasiya Akademiyasının hava hərəkətinin idarə olunması mühəndisliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Məmmədova Mahirə Neymət qızı Bacı: Məmmədova Gülnar Aftandil qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər