Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Aydın
Məmmədov Vüsal Aydın oğlu 1989-cu il aprelin 8-də Şəmkir rayonunun Abbaslı kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra Bakıda Milli Konservatoriyanın muğam fakültəsində təhsil alıb. Gülyaz Məmmədovanın tələbəsi olub.
Konservatoriyanı bitirdikdən sonra Vətən sevgisi onu hərbçi olmağa vadar edib. Vüsal 7 il ərzində hərbçi kimi xidmət edib. O, Tovuz döyüşlərində fəallıq nümayiş etdirib. Vətən müharibəsində isə Murov uğrunda gedən döyüşlərdə iştirak edib. Çox sayda yaralı əsgərin döyüş xəttindən çıxarılmasında böyük qəhrəmanlıqlar edib. Hərbçimiz daha sonra Kəlbəcər, Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə şücaət göstərib. Vüsal oktyabrın 29-da "Ural" maşını Füzulidə vurulması nəticəsində neytral zonada şəhid olub. Hərbçimiz dekabrın 15-də ailəsinə təhvil verilib və dəfn edilib. Onun özündən sonra iki övladı yadigar qalıb. Vüsal ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə”, “Cəbraylın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Məmmədov Vüsal 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Gülərüz, sakit təbiyyətli, mədəni, mərifətli, tərbiyyəli,igid, cəsur, qorxmaz, vətənpərvər, ailəcanlı, mehriban, qohumcanlı insan olub.
Ata: Məmmədov Aydın Mədət oğlu Ana: Məmmədova Şövkət Dəmir qızı Qardaş: Məmmədov Vüqar Aydın oğlu Bacı: Məmmədova Sədaqət Aydın qızı Qardaş: Məmmədov Etibar Aydın oğlu Həyat yoldaşı: Məmmədova Gülgəz Elman qızı Oğlu: Məmmədov Nuran Vüsal oğlu Qızı: Məmmədova Nuray Vüsal qızı