Məmmədov Vüsal Elşən
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Vüsal Elşən

Ata adı: Elşən

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məmmədov Vüsal Elşən oğlu 03 avqust 1998-ci ildə Gəncə şəhərində doğulmuşdur. 

2004-cü ildə Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2015-ci ildə həmin məktəbi bitirmişdir. 
2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətdə olmuşdur. 

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra fotoqraf kimi fəaliyyət göstərmişdir. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Vüsal Məmmədov yenidən hərbi xidmətə çağrılmışdır. O, Xüsusi Təyinatlı qrupun tərkibində vuruşaraq,  Füzuli və  Xocavənd rayonları, həmçinin İlandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə yer almışdır. Döyüş yoldaşlarının dediklərinə görə, yaralı olduğu halda döyüşü davam etdirmiş, yaralı əsgər yoldaşlarının təxliyyəsində xüsusi cəsarət göstərmişdir. 

9 noyabr 2021-ci il tarixində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 
18 mart 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. 

Subay idi. 

Azərbaycan prezidentinin Sərəncamına əsasən Vüsal Məmmədov “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vüsal Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, səmimi, xoşrəftar insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb M. Füzuli adına 22 nömrəli tam orta məktəb
İş Yeri Fotoqraf
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Elşən Qəmbər oğlu Ana: Məmmədova Səbinə Eldar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər