Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Mürşüd
Xaqani Məmmədov 2000-ci il mayın 15-də Kürdəmir şəhərində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Xaqani Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Məmmədov noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xaqani Məmmədov ölümündən sonra III dərəcəli "Vətən xidmətlərə görə" medalı ilə təltif edildi.
Anası Məmmədova Esmira: Xaqani dünyaya gələndə sevincimizin həddi-hüdudu yox idi. O, sakitliyi, məsumluğu ilə özünü hamıya sevdirə bilmişdi. Xaqani məktəbi "4", "5" qiymətlərlə bitirdikdən sonra sənədlərini öz istəyi ilə Şamaxı Regional Kollecinə verdi və qəbul oldu. 1 il orda oxudu, əla qiymətlər aldı, özünə hörmət qazandı. İndi orada onun adına guşə yaradıblar, tez-tez xatirəsini anırlar. Haqqında video sujet hazırlayıblar. 1-ci kursu bitirəndə hərbi xidmətə getdi, tələbəliyi yarımçıq qaldı balamın... 40 gündən çox döyüşdə olub, 5 gün də təlimdə. Həftədə bir, ya iki dəfə danışırdı cəbhədən. Eşitdiyimizə görə yanındakı döyüş yoldaşları da Şəhid olub. Oğlum müharibəyə gedəndə əli ilə əzizləyib əsgərlikdən qalan formasını divardan asdı, şəkillərini də yanına düzdü getdi. Şəhid olacağını bilirmiş kimi, özünə Şəhid guşəsi bəzədi getdi.
Müəllimi Binyət Abdullayeva: Özümü xoşbəxt müəllim hesab edirəm ki, bu günə qədər dərs dediyim hər bir şagirddə vətənpərvərlik duyğusu, Vətənə sevgi yüksək olub. Açığı bu sevgini aşılamağa ehtiyac da duymamışam. Çünki onlar doğulduqları gündən ürəklərində olan Vətən sevgisi də onlarla bir yerdə doğulub və böyüyüb. Həmin şagirdlərimdən biri də Şəhid Xaqani Məmmədovdur. Məktəbdə oxuduğu müddət ərzində o, intizamlı, çalışqan şagird olub, məktəbin ictimai işlərində fəal iştirak edib, şagird kollektivinin, müəllimlərinin sevimlisi olub. Xaqani çox mehriban və sakit uşaq olub. Hansı tapşırığı versəm canla-başla yerinə yetirərdi. Əsgərliyini də uğurla başa vurdu. Müharibə başlananda isə könüllü cəbhəyə getdi. Onun şəhid olması xəbəri bütün kəndi sarsıtdı.
Ata: Məmmədov Mürşüd Bağı oğlu Anası: Məmmədova Esmira Əjdər qızı Qardaşı: Məmmədov Rahim Mürşüd oğlu Bacısı: Qarayeva Könül Mürşüd qızı