Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Vaqif
Yusif Məmmədov 1995-ci il yanvarın 16-da Yevlax şəhərində anadan olmuşdur.
2016-cı ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirərək hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətini Murovdağda başa vurmuşdur. 2020-ci il sentyabrın 28-də Vətən müharibəsində iştirak etmək üçün Ağcabədidəki hərbi xidmətə yollanmışdır. Füzulinin Şükürbəyli və digər kəndlərinin düşmən işğalından azad edilməsində ön cəbhədə iştirak etmişdir. 2020-ci il oktyabrın 26-da Veysəlli kəndində yerləşən 102-ci erməni postunun ələ keçirilməsində iştirak etmiş, Azərbaycan bayrağını posta sancıb dalğalandırmış və düşmənin ağır artilleriya atəşi nəticəsində qəlpə yarası ilə şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Məmmədov Yusif Vaqif oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medallları ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Yusif Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Ürəkli, cəsur, həyat dolu, mehriban, ailəsinə və millətinə bağlı biri idi.
Ata: Məmmədov Vaqif İsmayıl oğlu Ana: Məmmədova Diləzbər Hüseyin qızı Qardaş: Məmmədov Vüqar Vaqif oğlu Qardaş: Məmmədov Cavid Vaqif oğlu