Məmmədov Zəbiyulla Şahin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Zəbiyulla Şahin

Ata adı: Şahin

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Bakı Maştağa Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Zəbiyulla Məmmədov 2000-ci il aprelin 14-də Bakı şəhərində anadan olub. Orta təhsilini 2006-2015-ci illərdə Yuri Kovalyov adına 229 saylı tam orta məktəbdə alıb. 2010-2015-ci illərdə 33 saylı uşaq musiqi məktəbində tar ixtisası üzrə təhsil almışdır. 12-13 yaşlarında T. İsmayılov adına mədəniyyət sarayında vokal dərsləri almış, bir çox səhnə fəaliyyəti olmuşdur. 2015-2019-cu illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində "Tar" ixtisası üzrə təhsil alıb. Humay Qədimovanın tələbəsi olub. Təhsil aldığı illərdə bir çox tədbirlərdə iştirak etmiş, bir neçə əsər bəstələmişdir. O musiqidən əlavə bir çox şeirlər yazmışdır. 

Azərbaycan Ordusunun əsgəri olan Zəbiyulla Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Talış qəsəbələrinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zəbiyulla Məmmədov noyabrın 4-də Ağdərə istiqamətində şəhid olub. Maştağa qəsəbəsində dəfn olunub.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Zəbiyulla Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Əsgər yoldaşları onu “Qızıl əsgər” ləqəbi ilə çağırırdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 229 saylı orta məktəb
İş Yeri Ofisiant
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Şahin Beyulla oğlu Ana: Məmmədova Aynurə Yusifəli qızı Bacı: Məmmədova Seyidsəkinə Şahin qızı Qardaş: Məmmədov Mirceyhun Şahin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər