Məmmədsalahov Kazım Sahib
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədsalahov Kazım Sahib

Ata adı: Sahib

🐣
Doğum — Şəki Qoxmuq kəndi
🕊️
Şəhadət — Tərtər
📍
Dəfn Olunduğu Yer Şəki Qoxmuq kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Kazım Məmmədsalahov 7 may 1989 Şəki rayonunun Qoxmuq kəndində anadan olmuşdur. Ailəli idi. Kazım Məmmədsalahov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında uzun müddət idi ki, müddətdən artıq hərbi xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Kazım Məmmədsalahov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində sürücü-mexanik olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kazım Məmmədsalahov 7 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kazım Məmmədsalahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kazım Məmmədsalahov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kazım Məmmədsalahov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Kazım Məmmədsalahov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit, vicdanlı, xeyirxah, ailəcanlı, kövrək, qayğıkeş biri olub. Arzusu hərbiçi olmaq və öz şəxsi evinin olması olub. Həmçinin diqqətcil biri olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəki rayonu Qoxmuq kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Məmmədsalahov Sahib Müzəffər oğlu Ana: Məmmədsalahova Nərminə Nəzir qızı Qardaş: Məmmədsalahov Nazim Sahib oğlu Qardaş: Müzəffərli Şirxan Sahib oğlu Bacı: İslamova Hüsniyə Sahib qızı Həyat yoldaşı: Məmmədsalahova Lalə Rövşən qızı Qızı: Məmmədsalahova Aylin Kazım qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər