Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Nazim
Anar Məmmədzadə 1999-cu il avqustun 3-də Zərdab rayonunda anadan olub.
2005-2016-cı illərdə Zərdab rayon 1 saylı məktəb-liseyində təhsil alıb.
2016-2019-cu illərdə Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alıb. 2019-cu ildə təhsilini müvəqqəti olaraq dondurub. Subay idi.Anar Məmmədzadə 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.Azərbaycan Ordusunun əsgəri olan Anar Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub.
Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib.
Anar Məmmədzadə oktyabrın 8-də Füzuli döyüşlərində şəhid olub.
Noyabrın 19-da Zərdab rayonunun Gəlmə kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Anar Məmmədzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Məktəbdə oxuduğu müddətdə nizam-intizamı, vətənpərvər bir Azərbaycan oğlu kimi hamının hörmətini qazanmışdır. Onun hərbi xidmətə necə həvəslə getdiyini sübut edən səs yazıları belə var. Qeydə alınmış videoların birində müxbirin “Bayraq sənin üçün nədir?” sualına cavab olaraq “Bayraq mənim namusumdur!” demişdi. Əsgərlikdə ikən anasından nağıl kitabı istəmiş və əsgər yoldaşlarından birinə oxumağı öyrədəcəyini demişdi.
Universitetini dondurub həvəslə hərbi xidmətə yollanmış və orada da şücaətinə görə yoldaşlarından fərqlənmişdi. Ailəsinə 500 metrlik məsafədə komandirindən sonra birinci atıcı olduğunu demişdi. Yaşının az olmasına baxmayaraq Həmlə Taboruna cəsarət və iradəsinə görə seçilmişdi.
Ata: Babaşov Nazim Səməd oğlu Ana: Əhmədova Əzizə Əli qızı Qardaş: Məmmədzadə Ülvi Nazim oğlu