Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Elman
Bəhrəm Elman oğlu Məmmədzadə 2000-ci il aprelin 18-də Lerik rayonun Kəlvəz kəndində anadan olub. Subay idi. Qardaşı İman Məmmədzadə də Vətən müharibəsində şəhid olub.
Azərbaycan Ordusunun əsgəri olan Bəhrəm Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhram Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhram Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Bəhram Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Bəhrəm Məmmədzadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Xeyirxah, mehriban, qayğıkeş, cüssəli, qorxmaz, vətənpərvər gənclər olub.
Ata: Məmmədov Elman Dədəkişi oğlu Ana: Məmmədova Hicran Kərim qızı Qardaş: Məmmədzadə İman Elman oğlu (İkinci Vətən Müharibəsi şəhidi)