Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Mehman
Fərid Məmmədzadə 20 avqust 2000-ci ildə Ağdaş rayonunda anadan olub. Ailənin ilk övladı olan Fərid orta təhsilini rayonun Tofiq İsmayılov adına 8 saylı məktəbdə alıb. Və daha sonra təhsilinə Şuşa Musiqi Kollecində Qarmon üzrə davam edib.2019-cu il iyul ayının 5-də hərbi xidmətə yollandı. Azərbaycan Ordusunun əsgəri olan Fərid Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. 04.10.2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından qəhrəmancasına şəhid oldu.
Qeyd edək ki, şəhid Məmmədzadə Fərid Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, .“Kəlbəcərin azad edilməsinə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Məmmədzadə Fərid ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.
Vətənpərvər, ailəcanlı dürüst, böyük kiçik yeri bilən, ədalətli, dosta sədaqətli,yardımsevər, ataya anaya hörmət edən insan idi.
Ata: Məmmədov Mehman Adil oğlu Ana: Məmmədova Nəzakət Əliyədin qızı Qardaş: Məmmədzadə Vüsal Mehman oğlu