Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Əzizağa
Məmmədzadə İlkin Əzizağa oğlu 19 dekabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Sumqayıt şəhərində 42 saylı məktəbdə təhsil alıb. Məktəbi fərqlənmə ilə bitirmişdir. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq Təsərrüfatı ixtisasına qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib. "Xəmsə" və "Breyn Rinq" yarışmalarında iştirak etmişdir. 2012-ci ildə Universiteti Qırmızı Diplomla başa vurmuşdur. 2014-2016-cı illərdə Gəncə Dövlət Aqrar Universitetində Magistr təhsili alıb. Hərbi xidmətdən sonra elmi fəaliyyətlə məşğul olmuşdur.
2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda hərbi xidmətdə olub. 2016-cı ilin fevral ayından etibarən hərbi xidmətə başlayıb. 2016-cı ilin iyun ayından etibarən Goranboy rayonu Yuxarı Agcakənd kəndində "N" saylı hərbi hissədə Leytenant kimi xidmətə başlayıb. Xidməti ərzində dəfələrlə fəxri fərman və təşəkkürnamələr alıb. 2018-ci ilin Dekabr ayında Tərtər rayonu "N" saylı hərbi hissəyə köçürülüb. Nümunəvi xidmətinə görə daima kollektiv içində seçilib. 2020-ci ilin iyun ayında "Baş leytenant" rütbəsini alıb.
Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Məmmədzadə 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. 21 nəfərə yaxın yaralı hərbiçini döyüş meydanından çıxartmışdır. 7 oktyabr 2020-ci ildə saat 10:00 radələrində Tərtər-Ağdərə istiqamətində "Tülkü Dərəsi" adlanan ərazidə açıq döyüşdə hücum zamanı qəhrəmancasına şəhid olub olmuşdur.
8 oktyabrda 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham əliyevin müvafiq sərəncamlarına əsasən İlkin Məmmədzadə “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə, III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Cəsur, qəhrəman, mərd, vətənini, bayrağını sevən bir insan idi.
Ata: Məmmədov Əzizağa Əhməd oğlu Ana: Məmmədova Fatimə Qulam qızı Qardaş: Məmmədzadə Aqşin Əzizağa oğlu