Məmmədzadə İman Elman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədzadə İman Elman

Ata adı: Elman

🐣
Doğum — Lerik Kəlvəz kəndi
🕊️
Şəhadət — Xocavənd Qırmızı Bazar qəsəbəsi
📍
Dəfn Olunduğu Yer Bakı Binə qəsəbəsi, Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İman Məmmədzadə 1998-ci il sentyabrın 14-də Lerik rayonun Kəlvəz kəndində anadan olub.  Subay idi. Qardaşı Bəhram Məmmədzadə də Vətən müharibəsində şəhid olub.
Azərbaycan Ordusunun əsgəri olan İman Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İman Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İman Məmmədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İman Məmmədzadə ölümündən sonra  "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İman Məmmədzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş İman Məmmədzadə  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

İman və Bəhrəm ailənin iki övladı olub. Xeyirxah, mehriban, qayğıkeş, cüssəli, qorxmaz, vətənpərvər gənclər olub. Erkən uşaqlıq dövrləri Lerik rayonunda keçib. Daha sonra ailəliklə Bakıya köçüblər. Bir-biri ilə çox mehriban, səmimi olublar. Həmişə onları əkiz qardaşlar kimi qəbul ediblər. Ailə bir ara Rusiyada yaşayıb. Qardaşlar ali təhsillərini. Rusiya Federasiyasının Samara Dövlət Universitetində alıblar. Hər ikisi turizm fakültəsini bitirib. Sevimli məşğuliyyətləri cüdo, ağır atletika olmuşdur. Hərbi xidmətə birgə yollanırlar. Vətən Müharibəsi başlananda ön sıralarda olurlar. Hər ikisi artilleriyaçı olur. Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşurlar.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Binə qəsəbəsi 117 saylı tam orta məktəbi
Ali Təhsil Samara Dövlət Universiteti, turizm fakültəsi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Elman Dədəkişi oğlu Ana: Məmmədova Hicran Kərim qızı Qardaş: Məmmədzadə Bəhrəm Elman oğlu (İkinci Vətən Müharibəsi şəhidi)

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər