Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Fizuli
Kamran Məmmədzadə 24 mart 1996-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd tam orta məktəbində orta təhsilini almışdır.
Kamran Məmmədzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Kamran Məmmədzadə 28 sentyabr 2020-ci il tarixində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Məmmədzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Məmmədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Məmmədzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Kamran Məmmədzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şən, zarafatcıl idi, deyib-gülməyi xoşlayırdı. Kin saxlamağı zevməzdi. İbadət edən, hər zaman haqqın tərəfində olan, zəifləri müdafiə edən biri idi. Yardımsevər olduğu üçün, köməyə ehtiyacı olan hər kəsə əlindən gələn köməkliyi etməyə çalışırdı. Kərbəla ziyarətinə getmək istəyirdi. Vətən yolunda canında keçməyə hər zaman hazır idi.
Ata: Fizuli Məmmədov Əbdülxaliq oğlu Ana: Həcər Məmmədova Əmiş qızı Bacı: Əsmər Əlizadə Fizuli qızı Bacı: Aysun Məmmədzadə Fizuli qızı Bacı: Maqsud Məmmədzadə Fizuli oğlu Həyat yoldaşı: Lamiə Paşayeva Sadatxan qızı