Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Vüqar
Kəmaləddin Məmmədzadə 1999-cu ildə sentyabrın 14-ü Bakıda anadan olmuşdur. 2006-ci ildə Xətai rayonu 249 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2017-ci ildə orta məktəbi bitirib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. Kəmaləddin 2 il ali təhsil aldıqdan sonra, üçüncü kursa keçid edərkən təhsilini dondurur və hərbi xidmətə yollanır və 10 ay xidmət edir.
Müharibədə sentyabr ayının 27-sindən başlayaraq noyabırın 8-nə kimi işğal olunan torpaqların geri qaytarılması uğrunda döyüşür. O, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Xocavəndin kəndləri, Şuşa şəhəri və bütün qəsəbə və yüksəkliklərin işğaldan azad edilməsində döyüşmüşdür. Noyabrın 9-u səhər saat 5:00 radələrində Şuşa şəhərində boynundan snayperlə vurularaq qəhrəmancasına şəhid olur. Saatlı rayonunun Minbaşılılı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Kəmaləddin Məmmədzadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Böyükləri və məhəllədə qızları daha çox qoruyurdu. Dostlarının daima qayğısını çəkirdi, imkansızlara əl tutan, vətənini sevən biri idi.
Ata: Məmmədov Vüqar Mirabbas oğlu Ana: Məmmədova Aygün Əlibəndə qızı Bacı: Məmmədzadə Ülkər Vüqar qızı