Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Pərviz
Toğrul Məmmədzadə 2001-ci il oktyabrın 1-də Sabirabad rayonunun Qaratəpə kəndində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Toğrul Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Toğrul Məmmədzadə oktyabrın 18-da Ağdərə istiqamətində şəhid olub. Sabirabad rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Toğrul Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Toğrul Məmmədzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, mehriban, qədir bilən insan olub.
Ata: Məmmədzadə Pərviz Məmmədağa oğlu Ana: Məmmədova Ruhəngiz Nüsrət qızı Bacı: Məmmədova Nurlanə Pərviz qızı Bacı: Məmmədova Amilə Pərviz qızı Bacı: Məmmədova Gülmirə Pərviz qızı