Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Azad
Nicat Mənəfov 2001-ci ilin 18 yanvarında Qax rayonunun Qaradolaq kəndində anadan olub. 2007-ci ildə Qaradolaq kənd orta məktəbində təhsil almağa başlamışdır. 2016-ci ildə 9-cu sinfi bitirib Qax Peşə Liseyinə qəbul olmuş. Peşə Liseyini meliorasiya ixtisası üzrə bitirdikdən sonra 8 may 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətə yollanmışdır. Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 4 noyabr 2020-ci ildə Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Mənəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nicat Mənəfov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalarıı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nicat Mənəfov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Mərd, cəsur, vətənpərvər insna idi.
Ana: Bayramova Cənanə İdris qızı Qardaş: Mənəfov Azər Azad oğlu