Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Vidadi
Şahmar Mənəfov 1990-cı il martın 20-də Neftçala rayonunun Cəngən kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik giziri olan Şahmar Mənəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahmar Mənəfov oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Neftçala rayonunun Cəngən kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Heç kəsin xətrinə dəyməzdi. Zarafatcıl insan idi. Həmişə deyərdi ki, bu dünyada heç kimin xətrinə dəymək lazım deyil. Bununla yanaşı o, olduqca vətənpərvər biri idi. Şahmar aprel döyüşləri ilə yanaşı Vətən Müharibəsində böyük şücaət göstərmişdir.
Ata: Mənəfov Vidadi Əliqulu oğlu Ana: Mənəfova Gülnisə Adil qızı Bacı: Mənəfova Flora Vidadi qızı Bacı: Mənəfova Nüranə Vidadi qızı Həyat yoldaşı: Mənəfova Bəyim Saleh qızı