Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Rövşən
İntiqam Mənsimli 5 iyun 1998-ci ildə Tərtər rayonunun Kəngərli kəndində dünyaya göz açmışdır.İntiqam Mənsimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb. 17 okytabr 2020-ci ildə Talış kəndi istiqamətində şəhid olub. Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün İntiqam Mənsimli ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunması" və "Cəsur döyüçü" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, İntiqam Mənsimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Atasının dediyinə görə gülərüz, mehriban, şən, ailəcanlı, dostları arasında səmimi ünsiyyəti olan, vətənpərvər gənc idi.
Ata: Məmmədov Rövşən Mənsim oğlu Ana: Məmmədova Gülbəniz Bəxtiyar qızı Qardaş: Mənsimli Elçin Rövşən oğlu Qardaş: Məmmədov Rəvan Rövşən oğlu