Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Hasil
Nurəddin Məstəliyev 2000-ci il fevralın 10-da Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dünyaya göz açmışdır. Əslən Yardımlı rayonunun Ökü kəndindəndir. İbtidai təhsilinə 2007-ci ildə Azər Namazov adına 180 saylı orta məktəbdə başlamışdır. Nurəddin kiçik yaşlarından idmanla məşğul olmağa başlayıb. Bir çox turnirlərə qatılan Nurəddin dəfələrlə rəqiblərindən fərqlənərək mükafatlar, sertifikatlar və medallar ilə təltif olunmuşdur. İdman məşğuliyyətini peşəkar səviyyəyə çatdıran Nurəddin Karatenin Gōjū-ryū növü üzrə 80 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Respublika Birincisi kimi ən yüksək mükafata layiq görülüb. 2016-cı ildə orta məktəbi bitirdikdən sonra 8 saylı texniki peşə liseyində "qaynaqçı" peşəsi üzrə ixtisaslaşıb. Peşə təhsilini bitirdikdən sonra hərbi xidmətə yola düşüb.Nurəddin 2019-cu il iyul ayında hərbi xidmətə yollanıb. 2020-ci ilin sentyabr ayına qədər Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçib. Peşəkar idmançı olduğu üçün kəşfiyyat bölüyünə qoşulub.
Sentyabrın 27-də Vətən müharibəsinin başlaması ilə döyüşə yollanıb. Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdür. Döyüş meydanında düşmən snayperinin gülləsinə tuş gəlmişdir. Aldığı xəsarətdən yerindəcə şəhidlik zirvəsinə ucalmışdır. Şəhid, 13 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı, valideynləri ilə yaşadığı Qızıldaş qəsəbəsinə gətirilmiş, qəsəbə sakinləri tərəfindən izdihamla qarşılanmış və təntənəli surətdə torpağa tapşırılmışdır. Vida mərasimində Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qızıldaş bələdiyyəsinin sədri İdris Alışanov, sədr müavini Fərid Tağıyev və Müdafiə Nazirliyinin nümayəndələri iştirak etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına Əsasən Məstəliyev Nurəddin ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nurəddin Məstəliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Nurəddin yardımsevər, vətənini sevən, döyüşkən və cəsur əsgər olub. Eyni zamanda idmana xüsusi marağı olub, hətta bir neçə dəfə yarışlarda iştirak edərək birinci yerin qalibi olub.
Ata: Məstəliyev Hasil Allahverən oğlu Ana: Qəhrəmanova Nigar Məhərrəm qızı Bacı: Məstəliyev Gülnar Hasil qızı