Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Əmrah
Azər Mikayılov 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində anadan olub.
Azərbaycan Ordusunun mayoru Azər Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Mikayılov oktyabrın 8-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov "Qarabağ" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
O, özü və tabeliyində olan şəxsi heyətlə - Xüsusi Təyinatlı Kəşfiyyat taboruyla birgə Füzuli, Cəbrayıl, Hadrut istiqamətində ən ağır əməliyyatlara qatılıb, döyüşlərə birbaşa rəhbərlik edib, böyük qəhrəmanlıq nümunəsi göstərib. Onun rəhbərlik etdiyi hərbi qüvvələr böyük ərazilərin, çoxlu sayda yaşayış məntəqələrinin azad olunmasında iştirak edib.
Ata: Mikayılov Əmrah İmran oğlu Ana: Mikayılova Gülgəz Əlif qızı Qardaş: Mikayılov Etibar Əmrah oğlu Qardaş: Mikayılov Anar Əmrah oğlu Bacı: Mikayılova Şəfəq Əmrah qızı Bacı: Mikayılova Afaq Əmrah qızı Bacı: Mikayılova Şəlalə Əmrah qızı Bacı: Əliyeva Tünzalə Əmrah qızı Bacı: İsmayılova Sevda Əmrah qızı Həyat yoldaşı: Mikayılova Təhminə Mehman qızı Qızı: Mikayılova Nuray Azər qızı Oğlu: Mikayılzadə Musa Azər oğlu