Mikayılov Elvin Nizami
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mikayılov Elvin Nizami

Ata adı: Nizami

🐣
Doğum — Göyçay
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Göyçay Alpout kənd qəbirstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elvin Mikayılov 1986-cı il avqustun 1-də Göyçay rayonunun Alpout kəndində anadan olub. Evli idi.
Azərbaycan Ordusunun əsgəri olan Elvin Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elvin Mikayılov oktyabrın 26-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elvin Mikayılov ölümündən sonra "Vətən uğrunda", “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medallları ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elvin Mikayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailə üzvləri bildirir ki, Elvin vətənini sevən, sakit təbiətli, tərbiyəli, nəzakətli, zəhmətkeş oğul idi. Öz gözəl xarakteri ilə hər yerdə hörmət qazanmışdır. Heç kimi xətrinə dəyməzdi. Zarafatcıl, deyib gülən idi. Müəllimləridə deyir ki, sadəlövh, səmimi, gülərüz qəlbli oğlan idi. Yalanı xoşlamırdı. Qorxmaz, cəsur, şücaətli idi. Söhbət zamanı deyirdi hər şey düzələcək, yaxşı olacaq. Müharibə vaxtı telefonla danışanda deyirdi narahat olmayın, hər şey yaxşıdı, qalib gələcəyik.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göyçay rayonu, 7 nömrəli tam orta məktəb
Ali Təhsil Azərbaycan Müəllimlər İnstitutu
İş Yeri "Azərsu” ASC-nin “Göyçay Sukanal” TSC
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Mikayılov Nizami Dünyamalı oğlu Ana: Mikayılova Sədaqət Əliağa qızı Həyat yoldaşı: Mikayılova Gültac Şirvan qızı Qızı: Mikayılzadə İnci Elvin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər