Mikayılov Rahim Qalib
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Mikayılov Rahim Qalib

Ata adı: Qalib

🐣
Doğum — Quba İkinci Nügədi
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Quba İkinci Nügədi kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rahim Mikayılov 1990-cı il 3 sentyabr tarixində Quba rayonunun İkinci Nügədi kəndində doğulub. 2007-ci ildə İkinci Nügədi kənd 3 saylı tam orta məktəbin məzunu olub. Daha sonra Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində  ali təhsil alıb.

Ali təhsilini başa vurduqdan sonra həyatını hərbi sahəyə həsr edib. Qüsursuz xidməti ilə baş leytenant ali hərbi rütbəsinə yüksəlmişdir. İkinci Qarabağ Müharibəsinin ilk günlərində Murov - Kəlbəcər istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaət göstərmiş və Murov zirvəsinin azad olunmasında iştirak etmişdir.Elə 27 sentyabr tarixində Kəlbəcərin Camışdağ zirvəsində şəhid olan hərbçimizin nəşi 117 gündən sonra tapılaraq Quba rayonuna gətirildi və doğulduğu İkinci Nügədi kəndində torpağa tapşırıldı.

Rahim şəhid olandan sonra oğlu Əhməd doğuldu. Oğlunun üzünü görməyən şəhid Rahim Mikayılov İkinci Nügədi kəndinin İkinci Qarabağ Müharibəsində sayca dördüncü şəhididir.

Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Rahim Mikayılov  “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət ordeni" ilə təltif edildi. 

Xatirələrdə Yaşayan Şəhid:

Çox səmimi biri idi. Kitab oxumağı, gəzintiyə çıxmağı çox sevirdi.Yalan danışanları heç sevməzdi. Torpaqlarımızın işğaldan azad olunacaq günü səbirsizliklə gözləyirdi. Şuşanın,Xankəndinin azad olunması gününü görmək ən böyük arzusu idi. Ailəcanlı, vətənini və bayrağını sevən hərbiçi idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Quba rayonu, İkinci Nügədi 3 saylı tam orta məktəb
Ali Təhsil Azərbaycan Texnologiya Universiteti
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Mikayılov Qalib Əhməd oğlu Ana: Mikayılova Ulduz Nurəhməd qızı Qardaş: Mikayılov Rasim Qalib oğlu Həyat yoldaşı: Mikayılova Nurxanım Hacıağa qızı Oğlu: Mikayılov Əhməd Rahim oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər