Mikayılov Ramiq Namiq
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Mikayılov Ramiq Namiq

Ata adı: Namiq

🐣
Doğum — Şamaxı Ovçulu kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Şamaxı Ovculu kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ramiq Mikayılov 1993-cü il yanvarın 25-də Şamaxı rayonunun Ovçulu kəndində anadan olub. 1999-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) almışdı. Ailəli idi. Bir oğlu yadigar qaldı.
Ramiq Mikayılov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Ramiq Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramiq Mikayılov sentyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Ovçulu kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiq Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramiq Mikayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ramiq Mikayılov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ağır təbiətli, ailəcanlı və ciddi bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şamaxı rayonu, Ovçulu kəndi B. Alıyev adına tam orta məktəbi
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Mikayılov Namiq Ziyadxan oğlu Ana: Mikayılov Gülgəz Əlimürsəl qızı Həyat yoldaşı: Mikayılova Könül Elmar qızı Oğlu: Mikayılov Ağaseyid Namiq oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər