Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Balamirzə
Natiq Balamirzə oğlu Mirhüseynov 25 avqust 1997-ci ildə Lerik rayonunun Orand kəndində, müəllim ailəsində anadan olub. 3 qardaş olmaqla ailədə 5 nəfər olublar. Atası Balamirzə müəllim Orand kənd orta məktəbində müəllim işləyir və həm də 23 dekabr 2020-ci ildən etibarən Orand kənd Bələdiyyə sədri vəzifəsində işləyir. Uşaqlıq illəridi doğulduğu kənddə keçib. 2003-cü ildə Lerik rayon Orand kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2014-cü ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Oxuduğu müddət ərzində məktəb müəllimlərinin və sinif yoldaşlarının böyük hörmətini qazanmışdır. Natiq 2015-ci idə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Bakı şəhəri Hərbi Hava Qüvvələrinə yola salınır. 2017-ci ildə xidmətini başa vuraraq ehtiyata buraxılır. Hərbi xidmətdə olduğu zaman dəfələrlə komandirləri tərəfindən valideyinlərinə təşəkkür məktubları göndərilir.
2018-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlıq kursu"na daxil olur və həmin ilin aprel ayının 12-də bitirir. 2018-ci il mart ayının 5-dən etibarən Lənkəran şəhərində Hərbi Polis kimi Post Patrul komandiri vəzifəsində xidmət etməyə başlayır.
27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsində iştirak etmək üçün gizir Natiq Mirhüseynov 20 sentyabr tarixində özünün 25 nəfərdən ibarət tağımı ilə birgə döyüş bölgəsinə yola salınır. Müharibənin ilk günündən Hadrut, Cəbrayıl və Daşaltı istiqamətində gedən ağır döyüşlərdə iştirak edir və böyük şücaətlər göstərərək adını tarixə qızıl hərflərlə yazır. Müharibənin son gününə kimi döyüşdə iştirak edən gizir Mirhüseynov döyüşdən sonra ata-anasını ziyarət etmək üçün dekabr ayının 13-ü evinə gəlir və 15-i yenidən xidmətə qayıdır. Dekabr ayının 25-də saat 16:30 radələrində növbəni təhvil vermək üçün Cəbrayıldan Daşaltıya gedən zaman yolda minaya düşür və başından ağır zərbə alır. Natiq dərhal Füzuli Hospitalına gətirilir və orada əməliyyat olunur. Səhəri gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilir. Vəziyyəti ağır olduğundan 37 gün komada yatır. 30 yanvar 2021-ci ildə qəhrəman gizir Natiq Mirhüseynov şəhadətə qovuşur. Şəhidin nəşi doğulduğu Lerik rayonunun Orand kəndinə gətirilir və kənd qəbiristanlığında torpağa tapşırılır.
Mehriban, xoşrəftar, qayğıkeş, ailəcanlı, vətənpərvər bir gənc olub. Mütaliəni çox sevirmiş. Lerik rayonu Orand kənd tam orta məktəbində müvəffəqiyyətlə təhsil alır. Tam orta təhsilini başa vurandan sonra hərbi xidmətə çağırılır. Hərbi xidmət dövründə özünü nümunəvi əsgər kimi doğruldur. Hərbi xidməti bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizirlik kursunu başa vurur. Beyləqan və Lənkəran rayonlarında hərbi polis kimi fəaliyyət göstərir. Vətən Müharibəsi başlananda ön sıralarda olur. Hadrut, Cəbrayıl, Daşaltı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Cəbrayıldan Daşaltıya gedəndə minaya düşür. Həkimlərin həyatı uğrunda aparılan bütün səylərə baxmayaraq komadan çıxmır. 30 yanvar 2021-ci il tarixində şəhadətə qovuşur.
Ata : Mirhüseynov Balamirzə Balağa oğlu - 01.10.1975 Ana : Mirhüseynova Şahnaz Daməd qızı - 02.10.1977 Qardaş : Mirhüseynov Novruz Balamirzə oğlu - 21.03.1999 Qardaş : Mirhüseynov Nadir Balamirzə oğlu - 01.01.2001