Mirişli Şəhriyar Bəxtiyar
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mirişli Şəhriyar Bəxtiyar

Ata adı: Bəxtiyar

🐣
Doğum — Biləsuvar
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Biləsuvar
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Füzuli ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Şücaətə görə medalı

Şücaətə görə medalı

Şücaətə görə medalı
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şəhriyar Mirişli 1 mart 2002-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur.
Şəhriyar Mirişli 2020-ci ildə hərbi xidmətə başlamışdır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş və Laçın rayonu uğrunda gedəb döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Şəhriyar Mirişli 23 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Şən, zarafatcıl, gülərüz biri idi. Dəli-dolu, heç nədən qorxmaz, geri çəkilməyi sevməzdi. Zəifləri müdafiə edib, hər zaman onların yanında olardı. Xasiyyətinə görə qardaşlarından çox fərqlənirdi. Hamının sevimlisinə çevrilmişdi. Ailəsinə çox bağlı, valideynlərinə qarşı diqqətcil və qayğıkeş idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Biləsuvar şəhər Ə. Eynullayev adına 4 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Bəxtiyar Mirişov Ağacəfər oğlu Ana: Mətanət Mirişova Mirkalam qızı Qardaş: Mahir Mirişli Bəxtiyar oğlu Qardaş: Araz Mirişli Bəxtiyar oğlu Qardaş: Ağacəfər Mirişli Bəxtiyar oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər