Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Əjdər
Mirzaliyev Kamal Əjdər oğlu 30 avqust 1996-cı ildə Şamaxının Çarhan kəndində, zəhmətkeş ailədə anadan olub. Sonradan ailələri Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinə köçmüşdür. Kamal orada 273 saylı məktəbdə orta təhsil almışdır. Məktəbi bitirdikdən sonra Kamal 2016 – cı ildə hərbi xidmətə gedib və Aprel döyüşlərinin iştirakçısı olub. Ordudan tərxis olunduqdan sonra Bakı Gəmiqayırma Zavodunda əmək fəaliyyətinə başlayıb. Ötən il Sentyabrın 27 – də İkinci Qarabağ savaşı başlayanda könüllü olaraq cəbhəyə gedib və kəşfiyyat bölüyündə xidmət edib. Xeyli vaxt idi Kamalın qəlbini bir hiss rahat buraxmırdı. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan xain düşməndən intiqam almaq hissi.Talış kəndi və strateji əhəmiyyətli Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralansa da, tibbi yardım aldıqdan sonra özünün qətiyyətli təkidi ilə yenidən ön cəbhəyə qayıtmışdır. Orada yaralı əsgər yoldaşlarını döyüş meydanından çıxaran zaman düşmənin artilleriya zərbəsi nəticəsində qəhrəmancasına şəhid olmuşdur. Lökbatandakı “Şəhidlər Xiyabanı”nda uyuyur. Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə Ali Baş Komandanın sərəncamına əsasən “Vətən uğrunda “, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Kamal Mirzaliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Kamal mərd, döyüşkən, vətəninə, torpağına bağlı insan olub.
Ata: Mirzaliyev Əjdər Xeyrulla oğlu Ana: Mirzaliyeva Zülfiyyə Əvəz qızı