Mirzəliyev Aqil Mehman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mirzəliyev Aqil Mehman

Ata adı: Mehman

🐣
Doğum — İsmayıllı
🕊️
Şəhadət — Xocavənd Tuğ kəndi
📍
Dəfn Olunduğu Yer İsmayıllı Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər ⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Aqil Mirzəliyev 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil almışdır. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarında, bilik və intellektual yarışlarda çempion olmuşdur. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vurmuş və qəbul imtahanında 613 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olunmuşdur. 2020-ci ildə universitetdən məzun olmuş, daha sonra isə hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Aqil Mirzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaət göstərmişdir. Aqil Mirzəliyev 20 oktaybr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və oktyabr ayının 23-ü Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün 05.11.2021-ci il tarixdə 3-cü dərəcəli "Rəşadət" ordeni, 15.12.2020-ci il tarixdə "Vətən uğrunda" medalı (ölümündən sonra), 25.12.2020-ci il tarixdə "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra), 29.12.2020-ci il tarixdə "Kəlbəcərin azad oluunmasına görə" medalı, 25.12.2020-ci il tarixdə "Füzulinin azad olunmasına görə" medalı, 07.11.2021-ci il tarixdə "Cəsur döyüşçü" medalı (ölümündən sonra) ilə təltif edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Zəhmətkeş, təmiz qəlbli, sadə, savadli, haqsızlığa dözmürdü. Hər zaman öz tərbiyəsi, ailəcanlılığı ilə nümunə olub. Yaşı az olsa da öz dünyagörüşü ilə seçilirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb İsmayillı şəhər 1 sayli tam orta məktəb
Ali Təhsil Azərbaycan Dövlət İqtisad Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mirzəliyev Mehman Rəşid oğlu Ana: Mirzəliyeva Aynurə Şükür qızı Qardaş: Mirzəliyev Vüqar Mehman oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər