Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Azər
Mirzəyev Cavid Azər oğlu 14 noyabr 1994-cü ildə Siyəzən rayonunun Gilçay qəsəbəsində anadan olub.Orta təhsilini Sumqayıt şəhəri 1 saylı tam orta məktəbdə alıb. Bakı Slavyan Universitetində ali təhsilə yiyələnib. Ali təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “zabit hazırlığı” kurslarını bitirib, “leytenant” hərbi rütbəsi ilə xidmətini davam etdirib.
Vətən Müharibəsində qəhrəmanlıqla iştirak edib, Xocavənd və Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.
Aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Cavid Mirzəyev "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Mirzəyev Cavid Azər oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub.
Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Mərd, cəsur, qorxmaz, vətənpərvər insan olub.
Ata: Mirzəyev Azər Əli oğlu Ana: Mirzəyeva Arzu İmamcan qızı Bacı: Rüstəmova Hökümə Azər qızı Bacı: Məmiyeva Mehriban Azər qızı Həyat yoldaşı : Mirzəyeva Səbinə Qorxmaz qızı Oğlu: Mirzəyev Cavidandanpaşa Cavid oğlu