Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Maqsud
Mirzəyev Elçin Maqsud oğlu 31 iyul 1985-ci ildə Goranboty rayonunun Xan-Qərvənd kəndində dünyaya gəlib.
1991-ci ildə orta məktəbə gedib. 2002-ci ildə məktəbi bitirən Elçin Mingəçevir tibb kollecinin Ortopedik stomotologiya fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbidən qayıtdıqdan sonra təhsil aldığı üzrə işləməyə başlayır. 2007-ci ildə ailə quran Elçin Mirzəyev 2014-cü ildə kəşfiyyatçı olaraq, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işləməyə başlayır.
İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub, ağır döyüşlərdən birində yaralanıb və oktyabrın 10-unda , təxminən 12-nin yarısı radələrində Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub, şəhidliyinə qovuşub.
Nəşi 3 gün sonra Yevlax şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Ölümündən sonra Elçin 3 medalla- “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elçin Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, qorxmaz, ailəsinə bağlı insan olub.
Ata: Mirzəyev Maqsud Cəmşid oğlu Ana: Mirzəyeva Pakizə Tahir qızı Qardaş: Mirzəyev Ruslan Maqsud oğlu Qardaş: Mirzəyev Arif Maqsud oğlu Qardaş: Mirzəyev Həsən Maqsud oğlu Həyat yoldaşı: Mirzəyeva Günel Novruz qızı Qızı: Mirzəyeva Gulay Elçin qızı Qızı: Mirzəyeva Əsma Elçin qızı Qızı: Mirzəyeva Aylin Elçin qızı