Mirzəyev Eltac Fizuli
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mirzəyev Eltac Fizuli

Ata adı: Fizuli

🐣
Doğum — Tovuz Məşədilər kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Tovuz Məşədilər kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Eltac Mirzəyev 2000-ci il avqustun 18-də Tovuz rayonunun Məşədilər kəndində anadan olub. 2006-2017-cı illərdə Ş.İ.Xətai adına Köhnəqala kənd ümumi orta məktəbində təhsil alıb. Subay idi. Eltac Mirzəyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Eltac Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Eltac Mirzəyev noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Məşədilər kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Mirzəyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Eltac Mirzəyev ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, qorxmaz, sakit insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Tovuz rayonu, Şah İsmayıl Xətai adına tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mirzəyev Fizuli Rəsul oğlu Ana: Hüseynova Ruhiyyə Qurban qızı Qardaş: Mirzəyev Kənan Fizuli oğlu Qardaş: Mirzəyev Etiram Fizuli oğlu Qardaş: Mirzəyev Ayxan Fizuli oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər