Mirzəyev Eltun Vüqar
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mirzəyev Eltun Vüqar

Ata adı: Vüqar

🐣
Doğum — Sabirabad Qarağac kəndi
🕊️
Şəhadət — Qubadlı Qanlıdərə kəndi
📍
Dəfn Olunduğu Yer Sabirabad Qarağac kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

2 yanvar 1998-ci ildə Minbaşı kəndində dünyaya gəlmişdir. 2014-cü ildə Sabirabad rayonu Qarağac kənd tam orta məktəbini bitirmişdir.

2015-ci ilin yanvarında Sabirabad rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır.Vətənə ilk borcunu verməyə yollanır.O,Bakı piyada qoşunlarına aid “N”saylı hərbi hissədə xidmət edib.Hərbi xidməti başa vurduqdan sonra kəndlərinə dönür.Lakin ,alçaq ermənilərin Tovuz cəbhəsi istiqamətində dinc əhaliyə qarşı etdiyi basqınlar onu dinc buraxmır.Sabirabad rayonu Hərbi Komissarlığına gedərək könüllü olaraq döyüşə getmək istədiyini bildirib.İkinci Qarabağ müharibəsi başlanan zaman Eltun könüllü olaraq qeydiyyatdan keçdiyi üçün səfərbərliyə alınıb.Eltun 29 sentyabr 2020- ci ildə döyüşə yollanıb.Elton Vüqar oğlu Ağcabədi zonasında qısa təlimlərdən sonra Cəbrayıl və Qubadlı istiqamətində gedən ağır döyüşlərə qatılıb.O,Qubadlı uğrunda gedən ağır döyüşlərin birində ayağından yaralansa da geri çəkilməyib mübarizəsini davam etdirib.Elə həmin gün 30 oktyabr 2020-ci ildə şəhadətə yüksəlib.

Eltun 2020-ci il Noyabr ayının 12-də Qarağac kəndində dəfn edilmişdir.  İkinci Qarabağ müharibəsi başlayanda Elton birincilər sırasında orduya yazılıb. Sentyabrın 29-da könüllü olaraq Qarabağ müharibəsinə yollanıb. Cəbrayıl,Füzuli,Qubadlı istiqamətində gedən döyüşlərdə şücaət göstərib.Müsahibəmiz zamanı atası Vüqar Mirzəyevin dediklərindən:Müharibədən öncə mənfur ermənilər atəşkəsi pozaraq Tovuz rayonunun kəndlərinə güllələr yağdırırdılar.Bu zaman Elton xəbərimiz olmadan rayon komissarlığına gedərək könüllü döyüşə yollanmaq istədiyini bildirmiş və adını könüllülər sırasına yazdırmışdır.Həmin vaxtlar onu aparmamışdılar.İkinci Qarabağ müharibəsi başlayanda yenə müraciət etmişdi.Bu dəfə müraciəti qəbul olunmuşdu.Eltun Qubadlı uğrunda gedən döyüşlərin birində 2020-ci ilin oktyabrın 30-da şəhid oldu.


Elton Vüqar oğlu Mirzəyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti-İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”,”Cəbrayılın azad olunmasına görə”,”Qubadlının azad olunmasına görə”medalları ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elton Vüqar oğlu Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

İkinci Qarabağ müharibəsi başlayanda Elton birincilər sırasında orduya yazılıb. Sentyabrın 29-da könüllü olaraq Qarabağ müharibəsinə yollanıb. Cəbrayıl, Füzuli, Qubadlı istiqamətlərində gedən döyüşlərdə şücayət göstərib.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qarağac kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mirzəyev Vüqar Firudin oğlu Ana: Mirzəyeva Gülşən İbrahim qızı Qardaş: Mirzəyev Gündüz Vüqar oğlu Bacı: Mirzəyeva Günel Vüqar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər