Salamlawmada deyesen sehvlık edırem
.
.
Namaz
Salamlawmada deyesen sehvlık edırem
D
Ata adı: Fazil
Məsud Mirzəyev 9 aprel 2002-ci ildə Hacıqabul rayonunun İkinci Udullu kəndində Fazil Mirzəyevin ailəsində anadan olmuşdur. 2008-2017-ci illərdə R. Mehbalıyev adına Hacıqabul rayon Tava kənd tam orta məktəbdə, 2017-2019-cu illərdə A. Baxşəliyev adına Hacıqabul rayon Şorbaçı kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Məsud Mirzəyev 4 may 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayonu üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Məsud Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Məsud Mirzəyev 10 oktyabr 2020-ci ildə işğaldan azad olunan Tərtər rayonunun Suqovuşan qəsəbəsinin müdafiəsi və qarşı tərəfin hücumunun dəf edilməsi zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Uzun müddət nəşi neytral zonada qalaraq çıxarıla bilməmişdir. Məsud Mirzəyevin nəşi 26 noyabr 2020-ci ildə neytral zonadan çıxarılaraq doğulduğu Hacıqabul rayonunda dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məsud Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məsud Mirzəyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məsud Mirzəyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Məsud Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, gözündə qorxu olmayan, mübariz bir gənc olub.
Ata: Mirzəyev Fazil Əlövsət oğlu Ana: Mirzəyeva Bikə Əlif qızı Bacı: Əsədova Aysurə Fazil qızı Bacı: İsmayılova Ulduz Fazil qızı Bacı: Abasova Lamiə Fazil qızı