Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Akif
Mirzəyev Nuran Akif oğlu 27 iyul 1999-cu ildə Quba rayonunun Dağlı kəndində ləzgi ailəsində anadan olub. 2005-2014-cü illərdə Qımıl kənd ümumi orta məktəbində təhsil alıb. Təhsilini davam etdirərək 2014-cü ildə Quba Peşə Liseyinə daxil olub. 2017-ci ildə Quba Peşə Liseyini bitirərək Rabitə, elektrik mantyoru, sürücü ixtisaslarına yiyələnib. 2017-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. Subay idi.
28 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərliyə çağırılıb və 29 sentyabr 2020-ci ildə Vətən Müharibəsinə yollanıb. 19 oktyabr 2020-ci ildə Füzuli, Cəbrayıl,Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
21 oktyabr 2020-ci ildə Quba rayonunun Qımıl kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nuran Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sakit, dürüst, səmimi, mehriban biri idi. Olduqca vətənpərvər vətəni, bayrağını, millətini sevən biri olub.
Ata: Mirzəyev Akif Baba oğlu Ana: Mirzəyeva Təranə Sultan qızı Bacı: Rəhimova Şəfəq Akif qızı Bacı: Quliyeva Afaq Akif qızı