Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Mehman
Orxan Mirzəyev 1993-cü il sentyabrın 15-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Orxan Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Mirzəyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. 10 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan çox mehriban və səmimi biri idi. Ailəsinə qarşı diqqətcil və qayğıkeş idi. Gülməyi, zarafat etməyi xoşlayırdı. Heç kimin xətrinə dəyməzdi, hamı ilə yaxşı yola gedərdi. Dostluqda, yoldaşlıqda sadiq və güvənilir biri idi. Uşaqlıqdan hərbiçi olmaq istəyirdi və o arzusunun arxasınca getdi. Vətəninə bağlı, mərd və cəsur biri idi. Müharibə zamanı arxa cəbhədə olsa da könüllü olaraq ön cəbhəyə yollanmış və gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid olmamışdan öncə öz komandirinə Şuşanı aldıqdan sonra ilk namazını Şuşa məsçidində qılacağını söyləmişdir. Lakin döyüşdə komandiri ilə birlikdə hər ikisi şəhid oldular.
Ata: Mehman Mirzəyev Ağaverdi oğlu Ana: Sevda Zeynalova Səxavət qızı Qardaş: İlkin Mirzəyev Mehman oğlu Qardaş: Kamran Mirzəyev Mehman oğlu