Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Əli
Sarvan Mirzəyev 1 yanvar 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olmuşdur. Sarvan Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur.
Sarvan Mirzəyev 11 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sarvan Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sarvan Mirzəyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sarvan Mirzəyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sarvan Mirzəyev ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" medalı ilə təltif edildi.
Sarvan məktəb illərindən, çox tərbiyəli eyni zamanda vətənpərvər şagird olub. Mərd, cəsur, mədəni insan kimi tanınıb.
Ata: Mirzəyev Əli Mədətxan oğlu Ana: Məmiyeva Elnarə Salman qızı Qardaş: Mirzəli Əfqan Əli oğlu Bacı: Mirzəyeva Aynurə Əli qızı Bacı: Mirzəli Zəhra Əli qızı Bacı: Mirzəli Aysun Əli qızı Həyat yoldaşı: Mirzəyeva Aynur Zərbi qızı Qızı: Mirzəli Sərbanə Sarvan qızı