Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Mirzə
Şirzad Mirzəyev 1996-cı il avqustun 1-də Göygöl şəhərinin anadan olub. Ailəli idi. Bir qızı yadigar qaldı.
Azərbaycan Ordusunun əsgəri olan Şirzad Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Şirzad Mirzəyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Göygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şirzad Mirzəyev ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Şirzad Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, qorxmaz insan olub.
Ata: Mirzəyev Mirzə Şirzad oğlu Ana: Mirzəyeva Dürlü Fəttah qızı Qardaş: Mirzəyev Emil Mirzə oğlu Qardaş: Mirzəyev Şahin Mirzə oğlu Həyat yoldaşı: Quliyeva Gülnar Rüstəm qızı Qızı: Mirzəyeva Damla Şirzad qızı