Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Üzeyir
Ülvi Mirzəyev 2000-ci il mayın 10-da Siyəzən rayonunun Yenikənd kəndində anadan olub 2018-ci ildə Yenikənd kənd tam orta məktəbindən məzun olub. 2 illik xidmətdən sonra Giləzi quşçuluq fabrikində bir müddət işləmişdir.
2018-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanan Ülvi 2020-ci ilin aprelində xidmətini başa vurub. 2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Ülvi Mirzəyev, sentyabr ayında yenidən xidmətə çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Ülvi Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb. 5 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Şəybəy kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Mirzəyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ülvi Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Valideyinləri onun sakit təbiətli, istiqanlı, səmimi, gülərüz və mehriban bir gənc olduğunu bildirirlər. Dərslərini yaxşı oxumuş, müəllimlərin sevimli tələbəsi olmuşdur.
Ata: Mirzəyev Üzeyir Xəlfəqulu oğlu Ana: Mirzəyev Südabə Abbas qızı Bacı: Əmirova Ülviyyə Üzeyir qızı