Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Tahir
Altay Mövlanov 2000-ci il avqustun 15-də Lerik şəhərində anadan olub. Qardaşı Elgün Mövlanovda Vətən müharibəsində şəhid olub. Azərbaycan Ordusunun əsgəri olan Altay Mövlanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Altay Mövlanov oktyabrın 30-da şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Altay Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Altay Mövlanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Altay Mövlanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Altay Mövlanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Altay Mövlanov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Ailənin 2 şəhid övladından böyüyüdür Altay. Sakit, mehriban, gülərüz, xoşrəftar, çalışqan, dostpərəst, ailəcanlı, vətənpərvər bir gənc olub. Uşaq yaşlarından heyvanlara sevgisi ilə seçilirmiş. Kiçik qardaşı Elgünlə birlikdə dovşan, it və at bəsləyib onlara qulluq etməyi çox sevirlərmiş. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanır. Xidmət dövründə özünü nümunəvi əsgər kimi göstərir. Xidməti başa vurandan qısa müddət sonra yenidən orduya qayıdır. Ailə I Qarabağ Müharibəsində 2 şəhid vermişdi. Altayın əmiləri Şahıyev Camal Xanış oğlu və Şahıyev Hüseyn Xanış oğlu Füzuli uğrunda döyüşlərdə şəhid olmuşlar. Altay və Elgün həmişə deyirmişlər ki, əmilərimizin qanı yerdə qalmamalıdır. Vətən Müharibəsi başlananda ön sıralarda olur. Döyüşlərdə xüsusi qəhrəmanlığı ilə seçilir. Qardaşı Elgünün ölüm xəbərini ona komandiri verir və dəfnində iştirak etməyə icazə vərəqi təqdim edir. O, düşmən üzərinə yeriməyi seçir. “Qardaşımın məzarını qayıdandan sonra ziyarət edərəm” deyir. Altay şəhadətə qovuşanda cibindən özünün və qardaşının uşaqlıq şəkilləri də çıxır.
Ata: Mövlanov Tahir Xanış oğlu Ana: Novruzova Sevda Mərhəmət qızı Bacı: Quliyeva Aytac Tahir qızı Bacı: Mövlanova Əminə Tahir qızı Qardaş: Mövlanov Elgün Tahir oğlu (Vətən müharibəsi şəhidi)