Mövlanov Elgün Tahir
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mövlanov Elgün Tahir

Ata adı: Tahir

🐣
Doğum — Lerik
🕊️
Şəhadət — Tərtər Talış kəndi
📍
Dəfn Olunduğu Yer Lerik Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elgün Tahir oğlu Mövlanov 2002-ci il aprelin 2-də Lerik şəhərində anadan olub. Qardaşı Altay Mövlanov da Vətən müharibəsində şəhid olub.
Elgün 08 may 2020-ci ildə həqiqi hərbi xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Elgün Mövlanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elgün 29 sentyabrda Talış kəndində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Elgün Mövlanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Elgün Mövlanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elgün Mövlanov  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Ailənin 2 şəhid övladlarından kiçiyi Elgündür. Qardaşı Altay kimi sakit, mehriban, gülərüz, xoşrəftar, çalışqan, dostpərəst, ailəcanlı, vətənpərvər bir gənc olub. Uşaq yaşlarından heyvanlara sevgisi onun və Altayın ortaq marağı olub. Birlikdə dovşan, it və at bəsləyib onlara qulluq etməyi çox sevirlərmiş. At çapmağı, texnikanı da çox sevirmiş. Arzuları çox olub. Orta məktəbi bitirəndən sonra Ali Hərbi Məktəbə sənəd verir. Qəbul ola bilmir. Yenə cəhd edəcəyini bildirir. Hərbi xidmətə yollanır. Xidmət dövründə özünü nümunəvi əsgər kimi göstərir. Əmiləri Şahıyev Camal Xanış oğlu və Şahıyev Hüseyn Xanış oğlu Füzuli uğrunda döyüşlərdə şəhid olmuşlar. Qardaşı Altay kimi o da həmişə deyirmiş ki, əmilərimizin qanı yerdə qalmamalıdır. Vətən Müharibəsi başlananda ön sıralarda olur. Döyüşlərdə xüsusi qəhrəmanlığı ilə seçilir. Talış kəndi uğrunda gedən döyüşlərdə şəhadətə qovuşur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lerik rayonu,Valeh Müslümov adına 2 saylı tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mövlanov Tahir Xanış oğlu Ana: Novruzova Sevda Mərhəmət qızı Bacı: Quliyeva Aytac Tahir qızı Bacı: Mövlanova Əminə Tahir qızı Qardaş: Mövlanov Altay Tahir oğlu (Vətən Müharibəsi şəhidi)

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər